Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"Dəmir Yumruq” əməliyyatı, Cəbrayıl rayonunun azad edilməsi

0

  •                       Əziziyəm mərdə qul,                     Elə məni mərdə qul.                     Fürsəti bada verməz,                     Qoçaq igid, mərd oğul.Biz elə bir namərd düşmənlə qonşu düşmüşük ki, nə haqqı tanıyandı, nə yoluna qayıdandır.Xudafərin körpüsü çox qanlı-qadalı günlərin, müharibələrin, ayrılıqların şahidi olmuşdur. Neçə cahangirlər, karvanlar yola salmışdır. Son əsrlərdə illər elə bil qənim kəsilmişdi, yağı düşmən yolları bağlamış, Xudafərin insan nəfəsinə,  karvan səsinə həsrət qalmışdı. Bunlar yağı düşməni qane etmirdi. 1993-cü il avqust ayının 23-də Cəbrayıl rayonu işğal edilib talan olundu. 27 ildir Cəbrayıl sakinləri vətən həsrəti çəkir. O yerlərə qayıdacaqlarına inanırdılar. İkinci Qarabağ müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin uzaqgörən xarici və daxili siyasəti, qətiyyəti sayəsində 44 günlük Qarabağ müharibəsi zamanı bütün təziqlərə baxmayaraq, hərb tarixində  görülməmiş bir sürətlə daim irəliləyərək işğal altında olan torpaqlarımızı bir-birinin ardınca azad etməyə başladılar. 30 il hazırlaşan elrmənilər “öz yenilməzlikləri,qəhrəmanlıqları “haqqında,Azərbaycan orusunun min illər boyu yara bilməyəcəkləri  “ Ohanyan xəttini” öyürdülər. Özlərini milləti ali, Azərbaycanlıları isə qul kimi qələmə verirdilər. Azərbaycan ordusu isə onların bu miflərini, hər gün dağıdırdı. Ordumuz sürətlə irəliləyirdi., hayların havadarları artıq təşvişə düşmüşdülər. Azərbaycan əsgərinin rəşadəti qarşısında düşmən təlaşla hər şeyini atıb qaçırdı. Hayların havadarları əllərindən gələnləri edirdilər ki, Azərbaycan ordusu hücumları dayandırsın. Azərbaycan ordusu isə artıq dayanmaq əvəzinə düşmənin mövqelərini dağıdırdı. Dəmir yumruq onların başına dəydikcə geri çəkilir, xarici qardaşları isə Azərbaycan əsgərini dayandıra bilmirdi. Bu müharibə haqq müharibəsi idi. Azərbaycanın dostları Azərbaycanı tək qoymadılar. Müharibənin ilk həftəsində 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri və bir çox yaşayış məntəqələri düşməndən azad edildi.27 il düşmənin at oynatdığı, xaraba qoyduğu torpaqlarımız azad edildi, xalq bu döyüşləri alqışladı. Bu gün Cəbrayılda dinc quruculuq işləri davam edir. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində bütün maneələr aradan qaldırıldı, Azərbaycanın haqq işini tanımağa bütün dünyanı məcbur etdi.Sabir Qasımov,Xocalı rayon ağsaqqalı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib19 dəfə
    "Dəmir Yumruq” əməliyyatı Cəbrayıl rayonunun azad edilməsi

    Maraqlı gələ bilər
    31
    33
    34